AZƏRBAYCAN QANUNVERİCİLİYİNİN ELEKTRON MƏLUMAT BAZASI

Müəssisə hüquqşünasının, mühasibinin və ya rəhbərinin işi normativ sənədlərin təhlili ilə bağlıdır. Bugün hüquqi informasiya ilə iş üçün ən yaxşı vasitə elektron daşıyıcılarda olan sorğu məlumat bazalarıdır. "VneshExpertService" LLC şirkəti Sizi Azərbaycanın tam normativ-hüquqi bazası üzrə zəruri məlumatla təmin edə bilər.

Əməkdaşlarımız tərəfindən hazırlanmış "Azərbaycan qanunvericiliyinin elektron məlumat bazası" şirkətin zehni məhsuludur. Bu baza müştərilərə yerli qanunvericiliyin spesifikasına bələd olmaq, həmçinin biznesini milli qanunvericiliyə uyğun olan hüquqi müstəvidə qurmağa imkan verir. Bu məhsulu yaradarkən tətbiq etdiyimiz çevik texnoloji həllər müştərinin normativ-hüquqi sənədlərdən rahat istifadəsini təmin edir.

Məlumat bazasının istifadəçi üçün ən mühüm keyfiyyətləri:

  • İnformasiyanın dolğunluğu və həqiqiliyi;

  • İnformasiyanı yeniləmək imkanı;

  • İnformasiyanın hüquqi cəhətdən işlənməsinin keyfiyyəti;

  • İstifadənin rahatlığı;

  • Etibarlılığı və yüksək səviyyəli servis xidmətidir.

Sistemli şəkildə qurulmuş məlumat bazasında elektron mətnlərin rəsmi sənədlərlə eyniliyi təmin edilmişdir. Bütün sənədlər bazaya yalnız rəsmi mətnlərdən daxil olunur.

Bütün rəsmi mətnlərin surəti arxivdə saxlanılır və zərurət yarandıqda, istifadəçiyə təqdim edilə bilər. Hər bir yeni sənəd yalnız orijinala uyğunluq üzrə bir neçə mərhələli yoxlamadan keçdikdən sonra (korrektorlar, hüquqşünaslar, xüsusi proqram vasitələri) sistemə daxil edilir. Sənədlərin sistemə daxil edilməsi qaydası hər hansı səhvin olması ehtimalını, demək olar heçə endirir.

Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Məcəllələrindən, Azərbaycan Respublikasının Qanunlarından və onlara edilən əlavə və dəyişikliklərdən, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından, Nazirlər Kabinetinin Qərar və Sərəncamlarından, Milli Məclisin (Parlamentin) qərarlarından, Vergilər Nazirliyi və Milli bankın təlimatlarından, beynəlxalq müqavilə və sazişlərdən, MDB çərçivəsində müqavilə və sazişlərdən, müxtəlif nazirlik və qurumların normativ-hüquqi sənədlərindən ibarət olan Məlumat Bazası CD-disklərdə təqdim olunur. Eyni zamanda, Məlumat Bazası yeni qüvvəyə minən sənədlərlə daim təzələnir.

Məlumat Bazasının onlayn versiyasından istifadə edənlər üçün 14, 20 və 35 AZN nominalında kartlar istifadəyə buraxılıb. Kartı almaqla siz www.LegalActs.az internet-resursu vasitəsilə məlumat bazasına giriş əldə edirsiniz.

© 2013 by VneshExpertService LLC

  • Facebook Social Icon
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now